BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Vidadi İsayev idmançılar və onların məşqçiləri ilə görüşdü – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

20 iyun 2019-cu il tarixdə Bərdə Rayon İcra Hakimiyyətində 2019-cu ilin I yarımili ərzində idman sahəsində yüksək nəaliyyətlər əldə etmiş idmançıların və onların məşqçilərinin rayon rəhbərliyi ilə görüşü keçirilmişdir.

İstixeber.info xəbər verir ki, görüşdə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli son yarım ildə rayon gənclərinin əldə etdiyi uğurlar barədə məlumat verib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev son illərdə ölkəmizdə idman sahəsinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan danışdı və qeyd etdi ki, məhz bunun nəticəsidir ki, idmançılarımız olimpiyadalarda, Dünya və Avropa çempionatlarında ,beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişlər. Sevindirici haldır ki, rayonumuzun gənc idmançıları da idmanın müxtəlif növlərində yüksək nəaliyyətlər əldə etmişdir. Rayon rəhbəri idmançıları və məşqçilərı təbrik etmiş, uğurlar arzulamışdır.
Karate, cyutaido, kunq fu-sanda, kikboksinq idman növü üzrə yüksək nəaliyyət əldə etmiş 19 idmançı və 5 məşqçi Bərdə rayon Gənclər və İdman idarəsinin xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
Yekunda xatirə şəkili çəkdirilmişdir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26