BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Vergi yoxlamalarının nəticələri: SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov kənarlaşdırıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR dünən qurumda hərtərəfli vergi yoxlaması haqda informasiyanı təsdiq etdi.

Xatırladaq ki, artıq neçə həftə idi müxtəlif KİV-lər, həmçinin məlumatlı mənbələr vaxtaşırı Azərbaycan Dövlət Neft Şirkətində qlobal yoxlamalar barədə məlumatlar verirdilər. SOCAR, şirkətin bütün strukturlarının və bölmələrinin yoxlamasını şərh edərək, Vergilər Nazirliyi tərəfindən aparılan auditi müntəzəm yoxlama kimi, hansı ki, iki ildə dəfə həyata keçirilir, qiymətləndirdi.

Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, vergi yoxlaması nəticəsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Məlumata görə, Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılıb. Oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.

Məlumatlı mənbələr bildiriblər ki, təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcək.

Ancaq, əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M.İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir.

İstixəbər.info 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26