BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Vaşinqtondan təhdid: Rusiya buna görə cəzalandırılacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Rusiya Kuba və Venesueladakı rejimlərə dəstəyə görə yüksək qiymət ödəyə bilər.

İstixeber.info publika.az-a istinadən xəbər verir ki, bu haqda Venesuela üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams CNN telekanalının efirində deyib.

“Ağ Ev administrasiyası Rusiyanı Venesuela prezidenti Nikolas Maduroya dəstəyə görə yüksək qiymət ödəməyə məcbur edəcək. Buna şübhə yoxdur”, – o deyib.

Daha əvvəl isə, Abrams Venesueladakı vəziyyətlə əlaqədar sanksiyaların tətbiqi imkanı haqqında Rusiyaya xəbərdarlıq edib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də – kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26