BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Valideynlər uşaqlar arasındakı mübahisəyə görə dava edib, bıçaqlanan var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hacıqabul rayonunda uşaqlar arasında yaranan mübahisə valideynlərin davasına səbəb olub.

İstixəbər.info “report”-a istinadən bildirir ki, hadisə Atbulaq qəsəbəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü İsrafilov Azad Bəybala oğlu həyətdə oynayan oğlununun qonşuluqda yaşayan uşaq tərəfindən döyüldüyünü görüb. O, həmin uşağı tənbeh edib. Bu zaman dava edən uşağın atası A.İsrafilova iradını bildirib. O, bundan sonra A.İsrafilovun ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26