BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Azerbaijani AZ English EN Russian RU Turkish TR

Vəkil məndən məhkəməni udmaq üçün 1800 manat pul aldı və….FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytına Xaçmaz rayon sakini Valeh Qədirov tərəfindən belə bir şikayət məktubu daxil olub.

Həmin məktubu olduğu kimi sizə təqdim edirik:

Xaçmaz rayon Pirquluoba kənd sakini Qədirov Valeh Həmid oğlu tərəfindən İstixəbər.info saytının rəhbərliyinə

Ərizə

Həmin ərizədə yazıb sizdən xahiş edirəm ki, Xaçmaz rayon Pirquluoba kəndində 10 sot torpağımla bağlı Xaçmaz rayon Məhkəməsinin çıxartdığı qərardan narazı olduğum üçün Bakı şəhərinə Apelyasiya Məhkəməsinə müraciət etmək qərarına gəldim. Bunun üçün Bakı şəhər sakini hüquq müdafiəçisi vəkil Abbasov Emin Abbas oğluna müraciət etdim və məhkəmə işlərimin aparılması üçün ona etibarnamə verdim. Bir müddət sonra Emin mənə məhkəməni udmaq üçün məndən 300 -manat əvvəl sonra isə 1500 – manat pul istədi. Məndə həmin pulu ona çatdırdım. Artıq bu işdən xeyli vaxt keçib nə Emin telefonlarıma cavab vermir nədə məhkəmə işimin Apelyasiya şikayətim heç bir yerə getməyib. Özüm Apelyasiya Məhkəməsinə gedib maraqlanmışam. Artıq nə məhkəmə işim düzəlir nədə pulumu geri ala bilmirəm.. Hörmətli İstixəbər.info saytı  sizdən xahiş edirəm ki, bu insanın mənim başıma gətirdiyi oyunu qanun çərçivəsində həll olunması üçün mənə köməklik edəsiz və bu məsələni ictimailəşdirəsiniz, aidiyatı qrumlara məlumat verəsiniz ki, belə vəkillər mənim kimi savadsız insanların pulunu necə mənimsəyirlər. Məsələ ilə bağlı Xaçmaz rayon polis şöbəsinə də müraciət etmişəm. Xaçmaz rayon polis şöbəsi isə işi Baş Prokurorlğuna göndərib. Prokurorluqdan isə mənə cavab gəldi ki , sənin şikayətin Yasamal rayonuna göndərilib. Amma indiyə kimi heç bir xəbər yoxdu.. Şikayətimlə bağlı ölkə Prezidenti İlham Əliyev cənablarına birinci xanim Mehriban Əliyevaya və DİN-i General Polkovnik Ramil Usubova da müraciət edəcəm.

Şikayətçinin dinlədikdən sonra videomüraciətini qeydə alıb qarşı tərəfin mövqeyini öyrənməyə  çalışdıq.Valeh Qədirovun şikayət etdiyi Emin Abbasovla nə qədər əlaqə saxlamaq istəsəkdə bütün cəhdlərimiz baş tutmadı.

Mövzuya qayıdacağıq…

İstixəbər.info İnformasiya Portalı  Xudat 2018-ci il

Baş redaktor: Rəşad Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26