BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Vəhhabilər əsl islamı yaşayırlar- İlahiyyatçı alim


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əgər doğurdan da islam haqq dindirsə, Allah bizə tərəfdirsə, nəyə görə müsəlmanlar geridədir?

 

İstixeber.info xəbər verir ki, bu sözləri fəlsəfə elmləri doktoru, dinşünas alim Aydın Əlizadə Modern.az saytına verdiyi geniş müsahibəsində bildirib.

A.Əlizadənin fikrincə, müsəlmanlar geriyə qalıb, bu faktdır. Bunu heç kim inkar edə bilməz:

“Müsəlmanların bugünkü vəziyyəti, elmdən geriyə qalması, dünya siyasətində heç bir rolunun olmamasından danışmamaq olmaz. Müsəlman dünyasının iqtisadi baxımdan qabaqcıl modelləri, öz brendləri yoxdur.

Niyə əsrlər boyu Avropa Volter, Spinoza, Nyuton kimi alimlər verdi, amma müsəlman dünyası 11-ci əsrdən sonra heç bir töhfə verə bilmədi. Vəziyyət sıfırdır, indi də belədir. Ona görə də bu məqamlara toxunmaq lazımdır. Təkcə mövhumat, cahilliyi deməklə iş bitmir. Deməli, ilahiyyatın özündə, müsəlmanların dünyagörüşündə, fəlsəfəsində, siyasi rejimlərində, iqtisadi quruluşlarında böyük problemlər var”.

A.Əlizadənin fikrincə, islamda insana azadlıq verilmir: “Amma xristianlıqda verilir. Əsasən də protestant qolunda. Bir reallığı başa düşməliyik ki, biz islamı cəmiyyətdən ayıra bilmərik. Bu, qətiyyən mümkün deyil. Vəziyyət bu cürdürsə, biz dinin əleyhinə çıxışlar etməməliyik. Dinə qarşı çıxış etmək yox, dində reformlara nail olmaq lazımdır. Necə ki, xristianlar bu yolu getdilər. Bir şeyi 2 dəfə icad etmək mümkün deyil. Onlar da bu dilemma qarşısında durmuşdular. Onlar hələ orta əsrlərdə anlayırdılar ki, xristianlıq onları geriyə aparır. Bu zaman protestantlıq yarandı. Bunlar iddia etdilər ki, dinin şərtləri yüngülləşməli və azad olmalıdır”.

A.Əlizadə bildirib ki, vəhhabilər əsl islamı yaşayırlar:

“Vəhhabilər çox güclü şəkildə islamı hərfinə qədər icra edirlər. Amma müasir dövrdə hərfinə qədər icra etmək lazımdır, ya yox – bunu düşünmək lazımdır. Bu, ayrı müzakirənin predmetidir. Müsəlmanlığa gəlincə isə, vəhhabilər əsl müsəlmandırlar. Bizdən də yaxşı müsəlmandırlar”.

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26