BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Uşaqlar valideynlərinin yatağında yatmağı niyə xoşlayır?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Uşaqların valideynlərin yatağına qaçmalarının müxtəlif səbəbləri ola bilər. Onlar tək yatmağa qorxurlar və bu yolla sevilib-sevilmədiklərini yoxlayırlar.

Valideynləri ilə bir yataqda yatmaq hər bir uşağın arzusudur. Uşaqların bir çoxu qaranlıqdan qorxur, digərləri tək qalmaq istəmir, bəziləri isə valideynlərinə çox bağlı olduğu üçün tək yatmaqdan çəkinir.

İstixeber.info medicina.az-a istinadən bildirir ki, alimlər və psixoloqlar bu mövzuda bir neçə fikir irəli sürür. Burda ilk növbədə uşağın təbiətini nəzərə almaq lazımdır. Bir çox hallarda burda uşağın yaşı, xarakteri və valideynlərindən nə dərəcədə asılı olması böyük rol oynayır.

Bir çoxları əmindir ki, körpələr 4-5 ayına qədər öz yataqlarına yatmalıdırlar. Daha böyük yaşlı uşaqları isə öz yataqlarında yatmağa razı salmaq daha asandır.

Amma birlikdə yatmağan bir sıra üstünlükləri də mövcuddur:

• Valideynlərin və uşağın sakitliyi

• Uşağa nəzarət etmək üçün başqa otağa getməyə ehtiyac yoxdur

• Uşağın yuxusuna nəzarət edə bilərsiniz

• Körpəni gecə rahatlıqla əmizdirmək mümkündür

• Birlikdə yatmaq valideynlə uşaq arasında emosional əlaqə yaradır

• Hamı eyni vaxtda yatağa girir. Bu isə həm valideyn, həm də uşaq üçün çox əlverişlidir

Çatışmazlıqları:

•Valideynlərin dincələ bilməmələri

•Uşaqların valideyndən aşlılığı

•Valideynlərin şəxsi həyatlarında yaranan çətinliklər

•Uşağın yuxusunun pozulması

•Uşaqda asfiksiya riski

•Daha sonralar uşağın təklikdə çətinliklə yuxuya getməsi.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26