BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Uşaq pulu bərpa olunacaq? – Əli Əhmədovdan AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov uşaq pulunun bərpa olunması ilə bağlı məlumatlara münasibət bildirib.

İstixeber.info xəbər verir ki, Ə.Əhmədov qeyd edib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir: “Ona görə də mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə yanaşılmalıdır. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın verilməsi, müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna daha ciddi şəkildə, eyni zamanda ailələrin yaşayış şəraiti, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar. Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var. Mən düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var”.

Baş nazirin müavini vurğulayıb ki, hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına məqsəd qoyub:

“Hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Ailələri ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. O zaman hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərəcək. Əks halda biz bütün ailələrə yardım versək, onların hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin ki çox olmayacaqd. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaq, işlə təmin etmək faydalıdır”.\Qafqaz.info

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26