BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Uşağın ağıllı olmasını istəyirsinizsə, ona bu məhsulu yedizdirin


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Alim və diyetoloqlar uşaqların qida rasionuna balığın daxil edilməsini məsləhət görürlər.

İstixeber.info AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatlar nəticəsində ən azı həftədə bir dəfə balıq yeyən uşaqların daha yüksək intellekt əmsalına malik olduğu müəyyən edilib. Bu göstərici onlarda balıq yeməyən uşaqlardan 48 bal yüksəkdir.

Həmçinin qida rasionunda balıq olan uşaqların yuxusu daha möhkəm olur. Onlar nadir hallarda gecələr oyanırlar. Həmin uşaqları yatızdırmaq da asan olur. Həftədə ən azı bir dəfə balıq yemək intellekt əmsalına 1,6 bal gətirirsə, ayda iki dəfə balıq yemək həmin göstəriciyə 3,31 bal əlavə edir.

Mütəxəssislər balığı uşaqların qida rasionuna daha erkən yaşda daxil etməyi məsləhət görürlər. Balıq sümüksüzdürsə, onu on aylıq uşağa da vermək olar. 2 yaşında uşağın qida rasionunda isə balıq mütləq olmalıdır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26