BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ürəyindən bıçaqlanan gəncin qatili bəlli oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Xaçmaz sakini 3 uşaq atasını ürəyindən bıçaqlayıb

Xaçmazda ötən gün 26 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İstixeber.info İstiPress-in Şimal bürosuna istinad edərək xəbər verir ki, bu Xaçmaz şəhər sakini Əhməd Seyid oğlu Yaqubovdur.

Əldə etdiyimiz məlumata görə, Əhməd Yaqubov yaşadığı İzmailovka qəsəbəsində “Cinli Əhməd” kimi tanınır. Onun bıçaqla qətlə yetirdiyi Etibar Cavadovun 3 uşaq atası olduğu deyilir. Hadisənin baş vermə motivi hələ açıqlanmır.

Ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsindən hadisə yerindəcə keçinən Etibar Cavadovu öldürməkdə şübhəli bilinən Əhməd Yaqubov barəsində Xaçmaz rayon prokurorluğunda CM-nin 120.1 maddəsi ilə cinayət işi açılıb,istintaq başlanılıb.

İstixeber.info Xaçmaz

Rəşad Orucoğlu

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26