BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Türkiyənin azadlığa buraxdığı keşiş Trampla görüşüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oktyabrın 12-də Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılan amerikalı keşiş Endryu Branson şənbə günü Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

İstixəbər.info report-a istinadən bildirir ki, D.Tramp görüş zamanı bildirib ki, keşişin buraxılması ikitərəfli münasibətlər üçün irəliyə doğru böyük addımdır.

“Bu bizim münasibətlərimizdə böyük addım olacaq”, – deyə o, keşişlə görüşü zamanı bildirib.

Tramp yenidən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına minnətdarlığını bildirib.

Onun sözlərinə görə, son vaxtlar Vaşinqton və Ankara arasında münasibətlərdə narahatlıq yaranmışdı, lakin indi onlar yoluna düşə bilər.

Bundan əvvəl Tramp bildirib ki, ABŞ Türkiyə hakimiyyəti ilə Bransonun azad olunması müqabilində hər hansı bir razılaşma əldə etməyib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26