BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Türkiyədə Azərbaycanlı iş adamının qatili tutuldu -FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

İstixəbər.info-un məlumatına görə cinayətin detalları da məlum olub. Belə ki, keçmiş polis polkovniki və iş adamı Gözəl Dəmirov dünən axşam saatlarında Etimad İsmayılovla onun ofisində görüşüb. Aralarında maliyyə məsələlərindən qaynaqlanan problem olan Dəmirovla İsmayılovun söhbəti mübahisəyə çevrilib. Nəticədə Dəmirov İsmayılovu silahla başından və ürəyindən vurub. Başından 2, ürəyindən isə 1 güllə yarası alan E.İsmayılov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğludur.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26