BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“TurAz Qartalı – 2019” təlimləri davam edir – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təşkil etdiyi “TurAz Qartalı 2019” təlimləri davam edir.

İstixeber.info xəbər verir ki, Azərbaycan və Türkiyə arasında illik hərbi əməkdaşlıq çərçivəsində 2 sentyabrda başlayan təlimlərin bugünkü bölümündə Azərbaycan ordusuna aid Miq-29 və SU-25 qırıcıları ilə Türkiyənin F-16 təyyarələri müdafiə, qorunma və hücum taktikalarını nümayiş etdirib.

Pilotların brefinqi, hazırlaşması, təyyarələrin havaya qalxması və enişi mətbuat nümayəndələri tərəfindən izlənilib.

Təlimlərin azərbaycanlı koordinatoru Faiq Əliyev verdiyi açıqlamada bildirib ki, təlimin iki qardaş ölkənin hava qüvvələrinin lazım olan zaman birgə hərəkət etməyə hazır olması məqsədilə keçirilir.

Qeyd edək ki, təlimlərdə Miq-29, F-16, SU-25 qırıcıları ilə CASA yük təyyarəsi, Mi-35, Mi-17, Sikorski UH-70, CH-47 Chinook ve ATAK/AH-1W döyüş helikopterlərindən ibarət 30-a yaxın təyyarə iştirak edir.

“TurAz Qartalı 2019” 16 sentyabrda başa çatacaq.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26