BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

TRAMP 2019-CU İL ÜÇÜN 716 MİLYARD DOLLARLIQ MÜDAFİƏ BÜDCƏSİNİ TƏSDİQ EDİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb.

İstixəbər.info TASS-a istinadən xəbər verir ki, imzalanma mərasimi bazar ertəsi ABŞ-ın 10-cu dağ diviziyasının yerləşdiyi Nyu-York ştatının Fort Dram hərbi bazasında baş tutub.

Yeni büdcə ilk növbədə hərbçilərin sayının artırılmasına yönəlib. Onların sayı təqribən 16 min nəfər artacaq. Bundan əlavə, hərbçilərin pul təminatı 2,6 faiz artırılacaq. Sənəd Ukraynaya hərbi yardım göstərilməsi, həmçinin hərbi sahədə Rusiyaya müqavimət göstərməyə yönəlmiş bir sıra tədbirlərin davam etdirilməsini nəzərdə tutur.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26