BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tovuzda ictimai asayişi pozan şəxs saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozmuşdur.

DİN Mətbuat Xidmətindən İstixeber.info-ya verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılmış, sonuncu tüfəngi ataraq qaçmışdır.
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26