BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Azerbaijani AZ English EN French FR Georgian KA Russian RU Turkish TR

Tonlarla Azərbaycan pomidoru Rusiyaya buraxılmadı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmayıb.

İstixeber.info xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları “Yaraq-Qazmalyar” buraxılış məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.

Laboratoriya rəyinə əsasən, Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edilib və məhsulun geri qaytarılması barədə qərar qəbul edilib. Zərərli güvənin kartof, badımcan və tütün məhsullarına da zərər vura biləcəyi deyilir. Yüklə bağlı protokol tərtib olunub və sahibi cərimələnib. Məhsul sərhəddən Azərbaycana geri qaytarılıb.

Qeyd edək ki, analoji hadisə ötən ay da baş vermişdi. Onda 16,2 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmamışdı./virtualaz.org

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26