BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tesla simsiz enerjidoldurma qurğusunu göstərdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Tesla” şirkəti “Tesla Wireless Charger” adlı simsiz enerjidoldurma qurğusunu təqdim edib. Qurğu “Qi” standartını dəstəkləyən “Android” və “iPhone” qurğuları üçün hazırlanıb.

İstixəbər.info ICTnews-ə istinadən bildirir ki, enerjidoldurma qurğusunun batareyasının gücü 6000 milliamper/saat təşkil edir. “Tesla”nın nümayəndələrinin sözlərinə görə, cihazın işlənib hazırlanmasında şirkətin digər enerji məhsullarında tətbiq edilmiş dizayndan istifadə edilib.

“Tesla Wireless Charger” qurğusunun sahibləri “Android” sisteminin idarəetməsi altında işləyən qurğuları enerji ilə doldurmaq üçün daxili “USB-C” kabelindən, həmçinin daha sürətli kabel şarjı üçün “USB-A” portundan istifadə edə bilərlər.

“Tesla Wireless Charger” qurğusunun qiyməti 65 dollar təşkil edir.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26