BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tanınmış modelyer Hədəf Liseyində seminar-treninq keçirib – FOTOIAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  


Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Hədəf Liseyinin xanım müəllim və valideynlərinə “Günümüzdə geyim mədəniyyəti və dəbin rolu” mövzusunda seminar-treyninq keçirib.

İstixəbər.info xəbər verir ki, seminarda xanımlara geyim tərzi haqqında geniş məlumat verən modelyer moda və dizayn sənətinin incəliklərini diqqətə çatdırıb. Öz əsərlərində milli üsluba, milli naxışlara böyük önəm veren modelyer Hədəf Liseyinin vahid məktəbli formalarının milli və müasirliyin vəhdətindən hazırlandığını qeyd edərək, gələcəkdə liseyin müəllim və şagirdləri üçün hazırlanacaq geyimlərdə üslub və tərz seçimində hər cür dəstək verəcəyini qeyd edib. Milli geyimlərin və milli naxışların gənc nəsllərin arasında təşviq olunmasının vacibliyinə diqqət çəkən modelyer bu sahədə liseylə əməkdaşlığa hazır olduğunu da bildirib.
Sonda Liseyin direktoru f.ü.f.d. dosent Şamil Sadiq qonağa Xatirə Ədəbiyyatı seriyasından olan 45 kitabdan ibarət seti hədiyyə edib./manevr.az

Tanınmış modelyer Hədəf Liseyində seminar-treninq keçirib

Tanınmış modelyer Hədəf Liseyində seminar-treninq keçirib
Tanınmış modelyer Hədəf Liseyində seminar-treninq keçirib

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26