BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tanınmış jurnalist Emin Ağalorova açıq məktub yazdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tanınmış təşkilatçı, “RS MMC”-nin sədri,”The world community” jurnalin baş redaktoru Ramilə Sultan “Jara-2018” musiqi festivalı ilə bağlı festivalın rəhbəri, xalq artisti Emin Ağalarova müraciət ünvanlayıb.

İstixəbər.info saytı Xəbəral.az- a istinadən  həmin müraciəti olduğu kimi təqdim edir:

Emin Ağalorovun mahnılarını hər zaman sevə-sevə dinləyirəm. Amma “Jara-2018” musiqi festıvalının anonslarından sonra ona olan hörmətim müəyyən mənada dəyişdi.

Zaranın gəlişi cəbhədə erməni gülləsinə tuş gələn şəhidlərimizin, azadlıq uğrunda canlarından keçən igid-ərlərimizin ruhu, vətən üçün sağlamlıqlarını itirmiş qazilərimizə hörmətsizlik deyilmi?

Şuşa İcra Hakimiyyətinin Başçısı Bayram Səfərovun, siyasətçi Sərdar Cəlaloğlunun, şair Yafəs Türksəsin Zaraya “münasibəti” sapı özümüzdən olan baltaların varlığından xəbər verdi.

Zaraya xərclənən pulları konsertin təşkilatçısı Emin şəhid ailələrinə, Qarabağ qazilərinə, zirzəmilərdə yaşayan məcburi köçkünlərimizə xərcləsə daha məqsədə uyğun olardı.

Bu hadisəylə bağlı çox yazmaq olar.Mən bir ölkə vətəndaşı,ictimai fəal kimi Zaranın “İnstagram”, “Facebook” kimi sosial şəbəkələrdə erməni əsgərləriylə paylaşdığı şəkillərə, işğal altında olan Qarabağa səfərlərinə, Rusiyanın tanınmış kanallarında qədim musiqi alətimiz olan balabanın ifasında “Mənim Ermənistanım” mahnısı oxumasına sözün əsl mənasında laqeyid qala bilmədim.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26