BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tanınmış jurnalist 2 gündür komadadır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə jurnalist Natiq Qocaman təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəsətəxnasına yerləşdirilib.

Ordakı şərait normal olmadığı üçün xəstə bir neçə saat sonra Mərkəzi Klinik Xəstənasına götürülüb. 72 saatdır komada olan Natiq Qocamanın durumu hazırda çox ağırdır. N.Qocamanın həyat yoldaşı Könül Aypara vəziyyətinin bu qədər ağırlaşmasında Semaşko xəstəxanasındakı vəziyyətin bərbad olması ilə əlaqələndirir. Xanım jurnalist media vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək, 1 saylı Kliniki Tibbi Mərkəzdəki vəziyyəti nəzarətə götürməyi xahiş edib: “Xəstəxanada iynəni yaş salfetlə vururdular. Etiraz edəndə isə deyirdilər ki, get hara istəyirsən şikayət elə. Mən də nazirə şikayət edirəm və ümid edirəm ki, Oqtay Şirəliyev məsələ ilə bağlı müvafiq tədbir görəcək”.

Qeyd edək ki, Mediapress İnformasiya Agentliyinin baş redaktoru, Tərəqqi medalının sahibi olan Natiq Qocaman uzun müddət “Oxu məni” qəzetinin baş redaktoru vəzifəsində çalışıb./azxeber.com

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26