BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tag Archives: istixəbər.info

Maşın aşıb — Ölən və yaralananlar var: – İsmayıllıda

Axşam saatlarında İsmayıllı rayonunun İvanovka kəndində ölümlə nəticələnən yol qəzası baş verib. İstixəbər.info xəbər verir ki, İsmayıllı rayon sakini Vasili Kazkov “31-AA-045” dövlət qeydiyyat nişanlı “UAZ” markalı minik maşını ilə İsmayıllıdan İvanovkaya qayıdarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişinlər – İvanovka kənd sakinləri – 46 yaşlı Olek Arlov, 45 yaşlı Vladimir Yemilankov ...

Read More »

“Mercedes” ilə “Toyota” toqquşdu — Yaralanan var

Bakıda iki minik avtomobili toqquşub. İstixəbər.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Suraxanı rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. İstixəbər.info İnformasiya Portalı

Read More »

Azərbaycanda müşahidə olunan toz dumanı ilə bağlı RƏSMİ açıqlama

“Son dövrlərdə Azərbaycan ərazisində müşahidə olunan toz dumanı, əsasən, antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır”. İstixəbər.info xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş ...

Read More »

Nazir şəkərli diabet xəstələrinə dair sərəncam imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyev “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, sərəncamda “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə Nazirliyin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb. Sənəddə işçi qrupuna şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması ...

Read More »

Müdafiə Nazirliyindən MAXE olmaq istəyənlərə müraciət

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər. Müdafiə Nazirliyindən verilən məlumata görə, ...

Read More »

Qubaya gedən avtobus sərnişinləri Qubaya yox təhlükəyə aparır: Video

Quba istiqamətində hərəkət edən avtobus qəza şəraiti yaradıb. İstixəbər.info xəbər verir ki, Bakı-Quba marşurutu ilə hərəkət edən 27 TA 055 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu sərnişinlər üçün təhlükə yaradıb. Belə ki, avtobusun sürücüsü Bakıdan çıxandan sonra avtobusun qapısını açır. Sərnişinlərin iradına baxmayaraq avtobusun sürücü avtobusu qapısı açıq vəziyyətdə idarə etməyə davam edib. İstixəbər.info olaraq Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri ...

Read More »

Bakı Dövlət Üniversitetində yanğın baş verib

Bakı Dövlət Universitetinda yanğın hadisəsi baş verib. İstixəbər.info xəbər verir ki, hadisə universitet binasının 4-cü mərtəbəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətindən məlumatına əsasən yanğın səhər saatlarında qeydə alınıb. “Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin 1-ci korpusunda kondisionerdə (1 ədəd) tüstülənmə baş verib. Hadisə yerinə yanğın çağırılıb. Yanğının qarşısı alınıb. İlkin ehtimala görə hadisə ...

Read More »

Mənzurə Musayevaya xanımı ölmüş məmur elçi düşüb

Müğənni Mənzurə Musayevaya elçi düşüblər. İstixəbər.info xəbər verir ki, bu barədə Mənzurə ARB-nin “Səhər-səhər” verilişində şəxsi həyatından danışarkən bildirib: “Elçilərim çoxalıb. Amma ərə getmək istəmirəm. Neynirəm e, əri? Həyat yoldaşı ölüb, özü vəzifə sahibidir”. Əli Mirəliyev ona məsləhət verib: “O səni həqiqətən sevirsə, ailə qur. Yox əgər, sənə “pul daxılı” kimi baxırsa, neynirsən onu? Çalış 70 yaşlı kişiyə ərə get, ...

Read More »

AĞDAŞDA OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI

İyulun 28-də AğdaşRPŞ-yə ərizə ilə müraciət edən rayon sakini evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirmişdir. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilmişdir. Ə.Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş ...

Read More »

Qubada 3 gün əvvəl başlayan yanğın hələdə davam edir: Ekskluziv görüntülər

Qubada başlayan yanğın digər ərazilərədə keçib. İstixəbər.info saytının çəkiliş qrupu bu gün yanğın baş verən ərazidə olub. Qubanın İsnov qışlaq kəndi ərazisindən başlayan yanğın Zerqova bələdiyyəsi ilə çiçi səbətlər bələdiyyəsinin ərazisinədə keçib. Ümumilikdə Zerqova bələdiyyəsi ilə çiçi səbətlər bələdiyyəsinin 400 hektardan çox ərazisində meşə, çöl və otlaq sahəsi yanmışdır. Yanğının söndürülməsi üçün FHN-in 2 vertalyotu, 30 yanğın söndürən maşını və ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26