BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tənqidlərə dözməyən nazir istefa verdi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Mən dilə gətirdiyim sözlərə görə məsuliyyət daşıyıram”

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilinə məsuliyyət daşıyan nazir Yositak Sakurada istefa verib.

“TASS” agentliyinin verdiyi xəbərə görə, nazir bu qərarı çoxsaylı tənqidlərə səbəb olan və ictimaiyyətdən üzr istəməsi ilə nəticələnən bir sıra qeyri-münasib sözlərdən sonra qəbul edib.

“Mən dilə gətirdiyim sözlərə görə məsuliyyət daşıyıram. Baş nazir Sindzo Abeya istefam barədə ərizə yazmışam”, – deyə nazir bildirib.

Hökumət rəhbəri isə onun istefasını qəbul edib. Bu posta müvafiq vəzifəni 2017-2018-ci illərdə icra edən Syuniti Suzuki təyin edilib.

Qeyd edək ki, Sakuradanın müxalifət partiyaları tərəfindən tənqid olunmasına səbəb eks-nazirin hakim “Liberal-demokratik” partiyasının deputatı Hinako Takahasinin şərəfinə təşkil olunmuş tədbirdə onun əleyhinə səsləndirdiyi fikirlər olub. Belə ki, Olimpiada işləri üzrə keçmiş nazir 2011-ci il zəlzələsində ciddi xəsarət alan Takahasidən kinayəli şəkildə danışaraq onun səhhətinin prosesin bərpasından daha vacib olduğunu deyib.

Bu məqamda bildirək ki, Tokioda növbəti Yay Olimpiada oyunları 24 iyul-9 avqust, Paralimpiada isə 25 avqust-6 sentyabr tarixlərində keçiriləcək.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26