BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Təhminə və Zaur” filminin serialı çəkilir- FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Məhşur “TƏHMİNƏ” filminin serialı çəkilir

İstixəbər.info Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xəbəri ekran işində rol alacaq aktyorlar yayıb. Artıq hazırlıqları tamamlanan serialın çəkilişi bir neçə günə başlayacaq.

Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında çəkilən “Təhminə və Zaur”un rejissoru Sain Qəhrəmandır. Ekran işində Təhminə obrazını Natavan Ələkbərova, Zauru Cövdət Şükürov, Spartakı Cavidan Novruz canlandıracaq.

C.Novruz bikldirib ki, bu ekran işi üçün 19 kiloqram çəki atıb.

Cövdət isə “Fəxrəddin Manafovdan sonra Zaur obrazını canlandırmaq həm böyük məsuliyyət, həm də fəxrdir” sözlərini söyləyib.

Natavan “Böyük məsuliyyətli bir işdir, möhürü vurulan filmin serialında baş qəhrəman olmaq. Tamaşaçılar bizi tərəf müqabili kimi çox yaraşdırırdı, ona görə də yenidən bizi bir araya gətirənlərə minnətdarıq” deyə, açıqlamasında deyib.

Serialda eyni zamanda əməkdar artist Firdovsi Atakişiyev, aktyor Kazım Abdullayev, aktrisa Nərgiz Əliyeva və başqaları da yer alacaqlar.“Təhminə və Zaur” serialı yeni televiziya mövsümündə ATV-də efirə gedəcək.







İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26