BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Təhlükə Azərbaycana da gəlib çıxdı – Uşaqların yoxa çıxmasının səbəbi bilindi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son vaxtlar Azərbaycanda yeniyetmələrin itkin düşməsi və bir neçə gündən sonra tapılması faktlarına tez-tez rast gəlirik. Bu hal bir müddət əvvəl Qərb mətbuatının həyəcan təbili çaldığı “48-Hour Challenge” oyununun Azərbaycana gəlib çıxdığını düşünməyə əsas verir.

İstixeber.info xəbər verir ki, İnternetdə yeniyetmə uşaqları evdən qaçmağa və bir neçə gün valideynlərindən gizlənməyə sövq edən yeni təhlükəli oyun peyda olub. Belə təhlükəli fləşmob Facebook-da “48-Hour Challenge” (“48-saatlıq çağırış” və ya “48 saatlıq yoxa çıx”) adı altında təşkil olunub.

Oyunun qaydalarına görə iştirakçı valideynlərinin onu axtarışa verməsi üçün mobil telefonu söndürməli və iki sutka yoxa çıxmalıdır. Əgər sosial şəbəkədə və KİV-də iştirakçının itkin düşməsilə bağlı məlumatlar yer alarsa, onun hesabına bal yazılır.

Yarışın qaydalarına görə ən yüksək balları valideynləri onların axtarışı ilə bağlı sosial şəbəkələrdə həyəcan təbili çalan, adı sosial şəbəkədə daha çox hallanan yeniyetmələr alır.

Artıq bir çox ölkələrdə hüquq-mühafizə orqanları tərəfindən valideynlərə və uşaqlara bu təhlükəli oyun barədə xəbərdarlıq edilib. Valideynlərə uşaqlarına daha çox diqqət ayırmağı, onlarla söhbət etmək və tez-tez mobil telefonunu yoxlamaq məsləhət görülür.

Elə götürək sonuncu dəfə sosial şəbəkələrdə axtarışa verilən və 2 gün sonra tapilan 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevanı. Aydan məktəbdə də, evdə də sözəbaxan, tərbiyəli və dərslərində müvəffəqiyyət qazanmış nümunəvi uşaq kimi tanınır. Bu keyfiyyətləriərinə baxmayaraq evdən qaçdı və bu hərəkətilə hər kəsi şoka salmışdı. Aydan tapıldıqdan sonra “Formula 1” oyunlarını izləmək məqsədilə evdən qaçdığını, daha sonra isə anasından qorxduğu üçün evə qayıtmaq istəmədiyini deyir.

Aprelin 18-də itkin düşmüş 15 yaşlı Ramana qəsəbə sakini Məmmədrzayeva Nərmin Rizvan qızı evi tərk edir və 1 həftə ondan xəbər alan bilməyiblər. Yalnız itkin düşməsi barədə xəbər aprelin 25-də sosial şəbəkələrdə yayıldıqdan sonra, elə həmin gün tapılır. Nərmin polislərə bildirib ki, 11 yaşından atalığı tərəfindən sistematik şəkildə cinsi zorakılığa məruz qalır və daha bu rəzalətə dözə bilmədiyindən evdən qaçıb.

Belə nümunələri artıra bilərik, lakin məqsədimiz diqqətləri statistikaya deyil, müvafiq qurumları və valideynləri, eləcə də uşaqları bu təhlükəli oyun barədə məlumatlandıprmaqdır.

Uşaqlarımızı bu təhlükədən qoruyaq!/BAKU.WS

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26