BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sürücülərin nəzərinə – Sabah bu yollar bağlanacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sabah bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən İstixeber.info-ya verilən məlumata görə, mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə Fəxri Xiyabanı ziyarətlə bağlı bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

REKLAM

Məlumata görə, sabah Fəxri Xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Səhər saatlarından etibarən tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq istiqaməti dəyişdiriləcək.

Sürücülərin və avtomobil sahiblərinin bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələri, tədbirə qatılmaq istəyənlərin isə  ictimai nəqliyyat vasitələri, tövsiyə olunub.

İstixeber.info

58 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26