BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sürücülərin gözləmədiyi təhlükə və İcbari sığorta


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son zamanlar magistiral yollarda sürücülərin ən çox qarşılaşdığı problem  nəqliyyat vaistəsi ilə çöl heyvanlarının vurulmasıdır.

İstixəbər.İnfo saytı olaraq bu məsələni araşdırmağa qərar verdik. Təbii ki, belə qəzalarda maşına kifayət qədər ziyan dəyir. Bəs kasko sıgortası olmayan nəqliyyat vasitələrində bu ziyanın ödənilməsində icbari sığorta nə dərəcədə sürücüyə köməklik edir?

Məsələ ilə bağlı sığorta üzrə mütəxəsis Emin Məmmədlidən çöl heyvanlarının vurulması zamanı icbarı sığorta qanunla hansı hallarda nəqliyyat vaistəsinə dəyən zərəri ödəməlidir məsələsini öyrənməyə çalışdq.

  • Məsələ budur ki, sığorta şirkətinin vurulmuş heyvanla bağlı ödəniş həyata keçirməsi üçün birinci növbədə sübut olunmalıdır? Heyvanın vurulmasına görə sürücü məsuliyyət daşıyırmı?
  • Əgər sürücü heyvanı kəndin içində heyvanların keçməli olduğu yerdə təhlükəli heyvan işarələri qüvvədə olan məkanda vurarsa və dövlət yol polisi qərar verərsə ki, sürücü heyvanı vurduğuna görə məsuliyyət daşıyır. Belə olan halda icbari sığorta dəymiş ziyanı ödəyir. Əyər sürücü çöl şəraitində hər hansı sahibsiz bir heyvanı vurursa müəyyən olunsa sürücü heyvanın vurulmasına görə məsuliyyət daşımır. O zaman icbari sığortadan söhbət belə gedə bilməz. Məsuliyyət yaranmırsa sığorta da yoxdur.

Digər qəza hallarında isə sığorta haqqında qanunun 20- ci maddəsində sığortanın ödənilməsi il bağlı belə deyilir:

Maddə 20. Əmlaka dəyən zərər üzrə sığorta ödənişinin verilməsi
qaydası

20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.
20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.
20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 
20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.
20.7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.

Buna görədə bütün sürücülərə yollarda ehtiyyatlı olmağı məsləhət görərdik..

Baş redaktor Rəşad Ağaşirinov 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26