BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Süd vəzi xərçəngini sidiklə müalicə edən qadından ŞOK– “Onkologiyada döşümü kəsmək üzrəydilər”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son günlər saytımızda ilk öncə xalq artisti Flora Kərimovanın 20 ildir urinoterapiya ilə müalicə olması haqda sensasion müsahibəsi, daha sonra urinoterapiyaya marağı nəzərə alıb, bu mövzuda yazılarımız dərc olunduqdan sonra bu metodu bilən və tətbiq etməklə sağalan bir neçə oxucumuzdan maraqlı şərhlər aldıq. Bir çox insanlar urinoterapiyanın faydalı olduğunu şəxsi təcrübələrindən təsdiqlədilər.

Belə oxuculardan biri də hazırda 56 yaşı olan Bakı sakini Aida Rzayeva adlı xanımdır. O, hələ 12 il əvvəl süd vəzi şişindən bu metodla müalicə olduğunu açıqladı.

İstixeber.info Medicina.az-a istinadən həmin xanımın müalicəsinin detalları ilə təqdim edir.

“Mənim hələ çoxdan bir süd vəzimdə fibromatoz düyünləri əməliyyatla Onkologiyada  götürmüşdülər. Həkim mənə deyirdi, hamilə qal, uşaq doğ, orqanizm təmizlənsin, fibrioma falan qalmayacaq. Mən də sonuncu övladımı dünyaya gətirəndən sonra əksinə sol döşümdə şiş əmələ gəldi, ağrı, şişkinlik yarandı

2005-ci il idi, yenə getdim Onkologiyaya, həkimim dedi, niyə bu hala düşüb, nə pis olub. Bu qorxuludur artıq. Gəl döşü kəsək.  Mən əməliyyatdan qorxdum. Fikirləşməyə vaxt istədim.

Bunu biləndə, Şamaxıda bir qohumumuz vardı: Fatma xanım. O dedi, Aida sidiklə müalicə et. Onun qardaşı oğlu qorxudan xəstə düşmüşdü, saçı tökülmüşdü. O uşağı Avropaya da həkimə aparmışdılar, müalicələrə pul tökülmüşdü, amma heç nəyin köməyi olmamışdı. Axırda kimsə məsləhət görmüşdü ki, saçına sidiklə kompress edin. Həmin usağı sidiklə sağaltdılar. İndi o oğlan ailəlidir, saçı da gurdur.

Bu fikir ağlıma batdı. Bu vaxt yadıma Rusiyada mənə verilən amerikan həkimin urinoterapiya haqqında kitabı düşdü. Onu diqqətlə oxudum”.

Kitabın müəllifi amerikalı həkim gözündəki problem sidiklə müalicə edib. Daha sonra utinoterapiya haqda araşdırıb, metodlarını yazıb. Aida xanım orda yazılan kimi süd vəzi üçün kompress metodunu seçir:

Məndən  neft kimi qara, çox çirkli axıntı gəlirdi, halım çox pis idi.

“Kitabda yazılmışdı ki, qadın aybaşı bitən kimi prosedura başlayır, ta ki növbəti aybaşıya kimi.  Mən də kompreslərə başladım.

25 gün sonra gecə yatdığım yerdə halım dəyişdi, elə bil nəsə içimdə dağılırdı. Ağrı, soyuq tər, tərpənə bilmirdim. Həyat yoldaşım gördü bütün suyun içindəyəm. Elə məni qaldırdılar, bir də gördüm məndən  neft kimi qara, çox çirkli axıntı gəlir. Bütün yataq, yer, hamam bu mazut rəngli maye ilə bulaşdı. O, axıntı məndən 1 həftə gəldi, bu 1 həftədə elə bildim öləcəm”.

Bir qədər sonra normallaşan qadın yenidən Onkologiyaya həkiminə gedir. Yusif həkim xəstəni müayinə edərkən, süd vəzisindəki şişlərdən əsər-əlamət görmür. 

Rentgen etdirsə də, bir şey çıxmır. Təkidlə xəstədən nə etdiyini soruşsa da qadın bir şey demir. Amma həkim and verdirəndən sonra qadın sidiklə kompress etdiyini deyəndə, həkim istehza edərək, inanmır. 

Həmin vaxtdan Aida xanımı süd vəzi və ya ginekoloji problemlər narahat etmir. Amma menopauzaya girdiyi dövrdə bir daha bu terapiyani təkrarlayır.

“O mərhələdə qadında çox narahatçılıqlar olur. Dedim nə qədər fürsətdir, bir daha təkrarladım. Çünki süd vəzilər hormonlar, menstruasiya, uşaqlıqla çox bağlıdır. Yenidən menstruasiya arası dövrdə sidiklə kompress etdim. O vaxtdan şükür Allaha, heç bir problemim olmadı”.

BUNA GÖRƏ QADINIAR 55 YAŞINDAN SONRA SÜD VƏZİ XƏRÇƏNGİ OLUR

Aida Rzayeva öz təcrübəsinə güvənərək, bütün gənc qadınlara bu məsləhəti verir. 

“Nə qədər gəncsiz, menstruasiya dövrüdür, doğum, hamiləlik, süd vermədən sonra ildə 1 dəfə bu metodu edin. Çünki qadının süd vəzilərində artıq süd qalır, o bütün yolları tutur, bərkiyir, irinləyir. Onu ordan çıxarmaq lazımdır.

Fikir verin, nəyə görə qadınlarda menstruasiya kəsiləndə, 55 yaşından sonra süd vəzi xərçəngi üzə çıxır. Çünki süd vəzidə qalanlar təmizlənmir. Bir az da soyuq olan kimi orda iltihab əmələ gəlir, düyün, çirk, şiş yaranır.

Kimin mastopatiya, mastiti, fibroadenoması var, bu metodu etməlidir. Az qalıram hayqırım dünyaya ki, ay qadınlar döş xərçənginin səbəbi budur, süd bitdi, doğuşlar bitdi, süd vəzini təmizləyin. Yazığım gəlir, qızlarımıza, qadınlarımıza. Çoxunun süd vəzisi problemlidir, kəsirlər, yarırlar. 55 yaşından sonra da xərçəng.

Eroziya da sidiklə müalicə olunur. Onun da öz metodu var. Bu metodun o tərəfi  yaxşıdır ki, sidiyi içmirsən”.

Aida Rzayevanın sidiklə kompresinin dəqiq reseptini təqdim edirik.

“Prosedur menstruasiya bitəndən 2 gün sonra başlanmalıdır. Gecədən  sidik kisəsində yığılan sidiyi səhər ifraz edib yığdım. Günorta ifraz olunan sidik yaranır.   Axşam səhər yığıdığım sidiyi orta odda köpüklənənə kimi qızdırdım, köpüklənən kimi oddan götürdüm.

Döşə krem çəkdim ki, sidik dərini yandırmasın. Tənzifi 5-6  dəfə qatlayıb, isti sidikdə isladıb, döşün giləsinə dəyməmək şərtilə (gilələrin üzərini plastırla bağlayın) doşə kompress  qoydum. Üzərindən pinqvin klok sarıyıb, gecə səhərə kimi saxladım. Sidik isti olmalıdır, dözənə qədər. Bunu hər gün etdim. Növbəti menstruasiyaya 1-2 gün qalmış dayandırırsan. Onda görəcəksiz ki, nələr baş verir, nələr təmizlənir”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26