BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Stadion istəyən gənclərin şikayəti həllini tapdı – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytı olaraq xəbər veririk ki, Xaçmazın 4-cü şöbə ərazinin sakinləri növbəti dəfə saytımıza ərizə ilə müraciət ediblər. Kəndin gəncləri asudə vaxtlarının səmərəli keçirmələri üçün stadionlarının olmamasından şikayətçidirlər. Çəkliş qrupumuz adı çəkilən kənddə olub, gənclərin problemi ilə yaxından tanış olub.

İlk öncə onu deyə bilərik ki, kəndin sol kənarında stadion var. Amma bu heç bir standartlara cavab vermir. Gənclər deyir ki, üç il bundan öncə stadionumuz olub və həmin ərazi bələdiyyə tərəfindən satılıb. Əvvəlki stadion yerimiz hal-hazırda fındıq sexi və yanacaq doldurma məntəqəsi kimi fəaliyyət göstərir. Biz də kəndin boş torpaq hissəsində öz gücümüzə stadion inşa etmişik. Qorxuruq ki, bu bu yer də yaxın vaxtlarda satılar.

Gəncləri dinlədikdən sonra ərazinin bələdiyyə sədri daha doğrusu Xudat şəhərinin bələdiyyə sədri Elman Allahyarovla əlaqə saxladıq. Elman müəllim saytımıza bildirdi ki, əvvəlki stadion yeri və indiki yer dövlət əhəmiyyətli torpaqlar olub. Həmin torpaqların bir hissəsi  sahibkarlara icarəyə digər hissəsi bir hissəsi  isə kənd sakinlərinin gələcəkdə ev tikmələri, yaşayış yerləri qurması üçün saxlanılıb. Həmin sadaladığımız ərazilərdə stadion tikilə bilməz. Hal-hazırda futbol oynadaqları yer müəyyən vaxtdan sonra ləğv ediləcək. Amma biz Xudat şəhər bələdiyyəsi olaraq Xudat ətrafı kəndlər, şöbələr üçün müasir stadion tikmişik. Sadaladığımız stadion həmin kəndən 500-metrə aralıda yerləşir. Yaxın vaxtlarda onuda nəzərdə tutmuşuq ki, həmin stadionun yanında digər idman növləri üçündə yerlər hazırlanıb əhalinin istifadəsinə verilsin. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Hörmətli  dördüncü şöbə sakinləri və gəncləri: “Hər il harda gəldi futbol oynamaqdansa, dövlətin-aidiyatı qrumların sizin üçün yaratdığı şəraitdən istifadə edib , müasir standartlara cavab verən stadionda futbol oynamaq daha məqsədəuyğun olar, asudə vaxtlarınız səmərəli keçər, həm də olmayan futbolmuz üçün bəlkə yeni töhvələr kəşf etmiş olardız.

İstixəbər.info İnformasiya Portalı Xaçmaz rayonu 2018-ci il

Baş redaktor: Rəşad Ağaşirinov

104 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26