BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sosial şəbəkələrlə bağlı təklif – Qanuna dəyişiklik edilir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xəbər verdiyimiz kimi, “Gənclər siyasəti haqqında” qanuna birinci oxunuşda bır sıra dəyişikliklərin edilməsi məsələsi təklif edilir.

İstixəbər.info “qafqazinfo”ya istinadən xəbər verir ki, dəyişikliklərdə təklif edilən bəndlərdən biri gənclərin informasiya texnologiyalarından və sosial şəbəkələrdən istifadəsi ilə bağlıdır. Qanuna 4.0.21-ci məzmunda əlavə edilən maddədə bildirilir ki, gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədi ilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüquququn qorunmasına nəzarət təmin edilir.

Sözügedən maddəylə bağlı parlamentin Gənclər və idman komitəsinin üzvü Əli Hüseynli çıxış edib. Onun sözlərinə görə, bu, çox fundamental məsələdir:

“Çünki bu vasitələrdən ən çox gənclər istifadə edir. Müşahidə onu göstərir ki, sosial şəbəkələrdən istifadə zamanı insanların şərəf və ləyaqətinin toxunulmazlığı hüququ pozulur. Bu bizim digər qanunlarımızda var. Amma biz onu tam təmin edə bilməmişik. Bu baxımdan bilmək istəyirəm ki, hüququn qorunmasına nəzarətimi nəzərdə tuturuq? Məncə, məqsədimiz hüququn qorunması olmalıdır”.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26