BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sosial şəbəkələrdə yayılan video ilə bağlı Komitədən AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dövlət Gömrük Komitəsi gömrük əməkdaşının xüsusi geyim formasını tanımayıb gömrük əməkdaşını ləkələməyə çalışanlara müraciət edib.

Komitədən İstixəbər.info-ya verilən məlumata görə, müraciətdə deyilir: “Ötən gün sosial şəbəkələrdəki səhifələrdən birində guya gömrük orqanları əməkdaşlarının qanunsuz əməllərini – vətəndaşlardan rüşvət tələb etməsini, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməsini əks etdirən video yayımlanıb. 4 məkanda qeydə alınan videolardan 3-də sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil. Belə ki, ikinci məkanda qeydə alınan videoda insanların növbəsi, 3-cüdə mikroavtobuslara minməsi əks olunub, 4-cü videonun isə Azərbaycan Respublikasının hüdudlarından kənarda lentə alındığı aydın görünür. Hər 3 məkanda qeydə alınan videotəsvirlərdə ölkəmizin gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut yoxdur.

1-ci məkanda qeydə alınan təsvirlərdə və audioyazılarda birbaşa kameranın obyektivinin hədəfində olan mülki vətəndaşın gömrük əməkdaşı ilə təması, dialoqu, ümumiyyətlə, qeydə alınmayıb. Həmin şəxsin üzərindəki gömrük orqanı əməkdaşının xüsusi geyim forması deyil, həmin şəxs də gömrükçü deyil.

Gömrük orqanları əməkdaşlarının korrupsiya hallarına yol verməsinə, vəzifə səlahiyyətlərini aşmasına gəlincə, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları bu kimi hallara qarşı qətiyyətli mübarizə aparır. Vətəndaşlardan belə faktlarla qarşılaşarkən dərhal və birbaşa səlahiyyətli hüquq-mühafizə qurumlarına müraciət etmələri xahiş olunur”.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26