BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Sosial şəbəkələrdə videosu yayılan görüntüdə əks olun şəxs Elmar Vəliyevdir” – FAKT


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sosial şəbəkələrdə video görüntüsü yayılıb.

İstixəbər.info saytının əldə etdiyi məlumata görə, Müsavat.com saytında yayılan video Elmar Vəliyevə məxsusdur.

Aldığımız məlumatda qeyd edilir ki, Elmar Vəliyevin səhhəti yaxşılışıb. O, sentyabr ayında vəzifəsinin icrasına davam edəcək.

Qeyd edək ki, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

Həmin video görüntünü Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26