BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sosial şəbəkələrdə ən fəal 5 QHT rəhbəri xanımlar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İnformasiya əsrinin ən proqressiv dövründə yaşayırıq. İnformasiyadan bol heç nə yoxdur dövrümüzdə. Dünyanın istənilən nöqtəsindən istənilən məlumatı əldə edə bilirik.. Elm, texnika, internetin inkişaf etdiyi bir vaxtda bütün sahələr üzrə sosial şəbəkələrdə fəallıq göstərməyə ehtiyac duyulur, o cümlədən də QHT-lər…

Bildiyimiz kimi, bu gün ölkəmizdə QHT və QHT rəhbərləri çoxdur. Bəziləri öz fəaliyyəti ilə göz önündə olsa da, elələri də  var ki, adı var özü yox. Elə adamlar  tanıyırıq ki, tədbir təşkil etməyi, jurnalistika ilə məşğul olmağı, QHT yaratmağı özünə ən asan dolanışıq yolu bilir. Amma unudurlar ki,  tədbirlərdə yer tutmaq, keçib yuxarı başda oturub şəkil çəkərək paylaşmaq təşkilat rəhbəri, jurnalist olmaq demək deyil. Belə deyək, əsl Qeyri-Hökumət Təşkilatları rəhbərləri içərisində işini bacaran, məsuliyyətli, rəhbər adına layiq insanlar azlıq təşkil edir.

Xəbəral.az saytı olaraq, sosial şəbəkələrdə ən fəal fəaliyyət göstərən, insanların problemləri ilə yaxından maraqlanıb onları ictimailəşdirib həllinə nail olmağa ən çox çalışan 5 QHT rəhbərini sosial sorğu vasitəsi ilə sizlərə təqdim etmək istəyirik:

Mahirə Əmirhüseynova – 2003-cü ildə “XXI Əsrin Qadınları İctimai birliyi”ni rəsmi qeydiyyatdan keçirib. Həmin  gündən bu günə kimi bir çox uğurlu işlərə imza atıb. Deyilənə görə, Mahirə xanımı “QHT-nin anası” adlandırırlar. Çünki bir çox xanımları bu cür təşkilat yaradıb xalqına xidmət etməyə sövq edib. Bunu bəzi xanımlar özləri açıq etiraf edir. Sosial şəbəkələrdə hər zaman çox fəaldır. Hər hansı çətinliyi olan bir qadın Mahirə xanıma müraciət edirsə, dərhal bu problem ictimailəşib öz həllini tapır. Daima dövlətə, dövlətçiliyə xidmət göstərən, xalqının yanında olan  rəhbərlərdəndir. Onu da qeyd edək ki, Mahirə xanım birliyi təsis etməmişdən öncə fərdi sahibkarlıqla məşğul olub.

Mətanət Əsgərqızı – Uzun illərdir ictimai işlərdə fəailiyyət göstərir. İlk fəailiyyətini jurnalist kimi başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. 2014 cü ildə “Əsgər Ailələrinə Dəstək İctimai Birliyi ” ni  rəsmi olaraq qeydiyyatdan keçirib. Daima QHT sədri olaraq, əsgər ailələrinə, şəhid ailələrinə yaxından dəstək olub, onların problemlərini sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirib, həllinə nail olub. Gördüyü bütün işləri ilə çox insanlara nümunə olub. Hal-hazırda AZTV-də  böyük redaktor kimi çalışır.

İradə Polad  – 2005-ci ildə rəhbərlik etdiyi  “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyini təsis edərək rəsmi qeydiyyatdan keçirib. Daima kimsəsizlər və kasıb insanlarla marifləndirici tədbirlər görüb, onların problemləri ilə yaxından maraqlanaraq sosial şəbəkələr və digər vasitələr ilə ictimailəşdirib həllinə nail olub. Daima sosial şəbəkələrdə aktiv fəailiyyət göstərməyi və təşkil etdiyi sosial tədbirləri ilə seçilir.

Dünyaxanım Əliyeva-Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və “Dünya Ana və Uşaq” ictimai birliyinin sədri, Dunyaxeber.info saytının baş redaktorudur. 2015 ci ildə “Dünya Ana və  Uşaq ”  ictimai birliyini rəsmi qeydiyyatdan keçirib. Hər zaman ictimai işlərdə öz xüsusi çıxış və təklifləri ilə seçilib. Haqsızlığı sevməz. Sosial şəbəkələrdə ona müraciət edən hansısa bir vətəndaşın problemlərinin ictimailəşdirib, onun həllinə tez bir zamanda nail olur. Dünyaxanım hamıdan fərqlənməyi, dövlətini sevməyi insanlara diqqət və qayğı göstərməyi çox sevir. Aldığı mükafatları  (“XXI əsrin tanınmış xanımı” Beynəlxalq diplomu,“XX əsrin Azərbaycan qadını” (2001) medalı və s ) ilə seçilir.

Gülayə Səfərova – 2007- ci ildə “Ailə Dünyası” ailələrə hüquqi yardım İctimai Birliyini rəsmi olaraq qeydiyyatdan keçirib. Bundan əvvəl bir çox ictimai işlərlə məşğul olub. Sosial şəbəkələrdə öz fəallığı ilə seçilir. Hər zaman dövlətçiliyə bağlılığı ilə daha çox paylaşımlar edir. İnsanların problemləri ilə yaxından maraqlanıb, onları qabardıb kömək etmək Gülayə xanımın əsas iş prinsipidir.

Xəbəral.az saytı olaraq sosial şəbəkələr üzərində sosial sorğular keçirdib, ən yaxşı ən aktiv QHT-ləri, jurnalistləri, millət vəkillərini və digər peşə sahiblərini mütəmadi olaraq sizlərə təqdim edəcəyik.

Bu Xəbəral.az saytının yeni layihəsidir. Ən hörmət bəslədiyiniz ictimaiyyət adamlarını bizə göndərin biz də dərc edib, sizlərə təqdim edək.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26