BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON XƏBƏR: “E.Vəliyev Azərbaycana sentyabr ayında qayıdacaq”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti normallaşıb.

İstixəbər.info xəbər verir ki, Yevlaxdakı mənbənin redaksiyamıza verdiyi məlumata görə, artıq E.Vəliyev özünü yaxşı hiss edir. Onun üzərində həyata keçirilən əməliyyat uğurlu olub. Müalicələrdən sonra icra başçısı ayağa qaldırılaraq yeriyib. Tam anlaqlı vəziyyətdədir, normal şəkildə qidalanır, yaxın vaxtlarda evə buraxılacağı gözlənilir.

“E.Vəliyev Azərbaycana sentyabr ayında qayıdacaq”- deyə mənbə bildirib.

Xatırladaq ki, iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26