BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Son nəfəsini Azərbaycanda alan Fransız turist Şahdağda öldü.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yaşlı qadın oteldə yemək yeyərkən vəziyyəti pisləşib.

Qusar rayonu ərazisində yerləşən məşhur “Şahdağ” turizm kompleksində turist ölüb. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə kompleksdəki otellərdən birində qeydə alınıb.

Ballandras Agnes Lise Marie adlı 75 yaşlı fransalı qadın gəlini və qızı ilə istirahət etmək üçün Azərbaycana üz tutub. Ötən gün axşam o ailə üzvləri ilə süfrə arxasında olarkən qəfildən vəziyyəti pisləşib və dəqiqələr içində keçinib. Otelin tibbi personalı müdaxilə etsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Yaşlı turistin ürək xəstəliyindən əziyyət çəkdiyi, ürək tutmasından keçindiyi deyilir.

Turistin meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsinə gətirilib.İstipress/com

Faktla bağlı araşdırma başlayıb.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26