BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax rayon mərkəzi xəstəxanasından şikayət…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu barədə İstixeber.info saytına Yevlax rayon Səməd Vurğun 15/16 ünvanında yaşayan Məhərrəmova Səməngül Əli qızı məlumat verib. Xanım bildirir ki, Yevlax rayon mərkəzi xəstəxanası İcbari Sığorta Şirkətinə keçəndən sonra belə problemlərin sayı azalmaq əvəzinə artmaqdadır. Vətəndaş ağır yataq xəstəsi olmaqla yanaşı həmdə şəkərdən əziyyət çəkir. Belə vətəndaş dəfələrlə Yevlax rayon mərkəzi xəstəxanasına MRT və KT aparatına düşmək üçün ( səhf etmirəmsə baş-beyin tomoqrafiyası) müraciət edib. Günlərlə növbədə duran yataq xəstəsi ( halbuki xəstəxananın bütün divar güşələrində qeyd edilib ki, ağır yataq xəstələri növbədən kənar qəbul olunur) kassaya 3 AZN ödəniş edir. Amma heç bir aparata düşə bilmir. Xəstəxanadan xanıma bildirirlər ki, bu aparatlar bizdə yoxdur. Bəs bu aparatlar hanı? İcbari Tibbi Sığorta Agentliyi gəlməmişdən qabaq bu aparatlar var idi. Hara getdi bu aparatlar? Kimlər apardı? Bəs niyə 3 AZN ödəniş etdim? Şəkər xəstəsi olan xanım bir məlumatıda qeyd edir ki, hər bir şəkər xəstəsinə şəkər ölçmə aparatı pulsuz paylanılıb. Çox sağolsunlar. Amma bu aparatların çubuqlarını 5 aydan çoxdur ki ala bilmirik. Deyirlər gəlməyəcək. Əgər gəlməyəcəkdisə bu aparatlar kimə və nəyə lazım idi?

Bizdə İstixeber.info olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın əməkdaşı kimi özünü təqdim edən xanım bizdə qayda belədir deyə cavab verib.

Qarşı tərəfin mövqeyini ətraflı dərc etməyə hazırıq

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26