BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ – Siyəzəndə güclü yanğın başladı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sentyabrın 14-də axşam saatlarında Siyəzən rayonunun Zarat kəndi ərazisində güclü yanğın başlayıb.

İstixəbər.info AzərTac-a istinadənxəbər verir ki, dənizkənarı ərazidə kol-kos və quru otun yanması ilə başlayan yanğın hazırda geniş sahəyə yayılıb.

Yanğının söndürülməsi üçün FHN-nin Siyəzən, Xaçmaz, Şabran, Xızı rayon və Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə hissələrinin texnika və canlı qüvvələri əraziyə cəlb olunub.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov bildirib ki, yanğın yaşayış evlərindən uzaqdadır. Buna görə sakinlər üçün heç bir təhlükə yoxdur.

“Hazırda yanğınsöndürənlər alovun söndürülməsi üçün çalışırlar. Havanın küləkli olması işi çətinləşdirir. Kənd üçün heç bir təhlükə yoxdur”, – deyə V.Şahbazov bildirib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26