BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Şəmkirdə magistiral yolun bağlanması ilə əlaqədar “Azəriqaz” AÇIQLAMA VERDİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Şəmkir rayonu Sabirkənd sakinləri təbii qazın verilməməsi ilə əlaqədar Bakı-Qazax magistiral yolunu bağlayıblar. 

Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov İstixeber.info-ya açıqlamasında bildirib ki, Şəmkir rayon Sabirkənd ərazisində baş verən hadisədən məlumatımız var.

Ceyhun Səfərovun sözlərinə görə, əvvəl həmin kənddə 800 abonent bir müddət əvvəl qazlaşdırılıb. Hal-hazırda həmin kənddə 400 ev var ki, onlar yeni yaşayış massividir. Onların (yeni yaşayış massivlərinin) bütün sənədləri bizim qarşımızdadır. Bizdə istəyirik ki, onlarda qazlaşdırılsın. Bizdə təkliflərlə çıxış edirik bu barədə. Amma dövlət proqramına salınarsa, dövlət tərəfindən vəsait ayrılarsa, biz həmin kəndlərin qazlaşdırılmasını tez bir zamanda icra edəcəyik.

Qeyd edək ki, magistiral yolun bağlanması ilə əlaqədar Şəmkir rayon Polis İdarəsinin və aidiyyatı qrumların əməkdaşları hadisə yerinə cəlb olunmuş, aparılan maarifləndirici söhbətlər nəticəsində magistiral yolu bağlamağa cəhd edən sakinlər evlərinə göndərilib.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26