BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Polislə narkotacirlər arasında ATIŞMA – CƏLİLABADDA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cəlilabadda polislə narkotacirlər arasında atışma olub.

İstixeber.info xəbər verir ki, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

REKLAM

Məlumata görə, polis əməkdaşları içərisində narkotik vasitələr satan şəxslərin olduğu “Hyundai” markalı avtomobili saxlayıb.

Saxlanılarkən maşının sürücüsü tabesizlik göstərərək polisin xidməti BMW markalı avtomobilinin güzgüsünü sındırıb. Bu zaman polis əməkdaşları havaya xəbərdarlıq atəşi açıb. Nəticədə avtomobil saxlanılıb və orada olan Şərur rayon sakini Mirkərim Seyidov, Yardımlı rayon sakini Tərlan Behbudov, Şəmkir rayon sakini Rəşаd Sadıqov və Bakı şəhər sakini Anar Məmmədov tutulublar. Onlardan heroin götürülüb.

Polisin əməliyyatı zamanı havaya atəş açılarkən yaxınlıqdakı digər “Hyundai” markalı avtomobildə olan naməlum şəxs atəş açaraq maşını sürərək uzaqlaşıb.

Şiraslan adlı həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs atəşin ona tərəf açıldığını düşünərək üzərindəki silahdan havaya bir neçə dəfə atəş açıb və maşını sürərək hadisə yerini tərk edib. O, bir qədər irəlidə avtomobili aşırıb.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26