BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Hacı Mazanın vəziyyəti ağırlaşdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ağır olaraq qalır. 

İstixeber.info bakupost.az-a istinadən xəbər verir ki, iş adamı təcili əməliyyat olunmalı olsa da, iki gündür, həkimlər onu əməliyyata ala bilmir.

Qeyd olunur ki,Hacı Mazanın ağciyərlərinin vəziyyəti ona narkoz verməyə və əməliyyata salmağa imkan vermir. Qəzada onun qabırğalarının sınması isə həkimləri daha çıxılmaz vəziyyətə salıb.

Hazırda Tibb Universitetinin Tədris-Cərrahiyə Korpusunda reanimasiya şöbəsində saxlanılan R.Zeynalovun ailə üzvləri son çarə kimi xəstəxananı dəyişmək qərarı veriblər. R.Zeynalov xəstəxanadan çıxarılmaq üçün uyğun vəziyyətə hazırlanır və o, yaxın saatlarda Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına köçürüləcək.

İlkin məlumata görə, Hacı Mazanın qəzada bir çox yeri sınmış, kəllə-beyin travması almışdı. O, qəzadan sonra ilk olaraq Biləsuvar Mərkəzi Xəstəxanasına aparılmış, ilkin müdaxilədən sonra Bakıya göndərilmişdi.

Onu da qeyd edək ki, dünən və srağagün iş adamının əməliyyat olunduğu bildirilirdi. Görünür, bu, doğru informasiya deyilmiş.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26