BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ: Güclü külək evin damını uçurdu – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qubada güclü külək evin damını uçurub.

İstixəbər.info IstiPress-in şimal bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə Aşağı Atuc kəndində Fədail Əlipaşayevin fərdi evində baş verib.

Ümumi sahəsi 60 kv metr olan birmərtəbəli evin mismarla bərkidilməmiş dam örtüyü uçub. Xəsarət alan olmayıb.

Quba FH komissiyasından fakt təsdiqlənib. Bildirilib ki, yaşayış evi normativlərə uyğun tikilməyib, külək mismarla bərkidilməmiş dam örtüyünü asanlıqla uçurub.

Hadisə yerinə Quba FHK üzvləri baxış keçirib. Araşdırma başlanılıb. Vətəndaşa dəyən ziyan dəqiqləşdirilir

24 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26