BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Son dəqiqə…Elmar Vəliyevin gülləyən şəxsin kimliyi bəlli oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünən axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücum olub. 

İstixəbər.info-un məlumatına görə, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəlievə süi-qəsd nəticəsində iki mühafizəçisi hadisə yerindəcə ölüb. Elmar Vəliyev isə ağır yaralanaraq Gəncə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

İstixəbər.info -un əldə etdiyi məlumata görə, şəhər rəhbərinə hücum edən şəxs 1983 -cü il təvəllüdlü Səfərov Yunus Rafiq oğludur. Məlumatda deyilir ki, Yunus Səfərovun hamilə bacısı bir müddət əvvəl Elmar Vəliyevə öz problemləri üçün müraciət edib və icra başçısı onu təhqir edərək otağından qovub. Hadisədən xəbər tutan Yunus Səfərov Rusiyadan Gəncəyə gələrək bu hadisəni törədib.

Hadisə ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsəkdə, cəhdlərimiz boşa çıxdı.

Mövzunu araşdırmaqda davam edəcəyik

İstixəbər.info İnformasiya Portalı Gəncə 2018-ci il

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26