BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Bakıdakı dəhşətli avtobus qəzasının görüntüləri yayıldı – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

İstixeber.info “Report”a istinadla xəbər verir ki, hadisə aeroport yolunda, “Buta Palace” yaxınlığında qeydə alınıb.

Belə ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib, araşdırma aparılıb.

Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 27 nəfər xəsarət alıb.

Üç saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov “Report”a bildirib ki, qəzadan sonra xəstəxanaya 27 yaralı gətirilib.

Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü uşaqlar, 24-ü böyüklərdir. Xəsarət alanlardan 17-i (uşaqlar da daxil olmaqla-red) evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə edilir.

Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26