BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Azərbaycanlı müğənni qəza törədərək ölüb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

İstixeber.info ONA.az-a istinadən xəbər verir ki, Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı “Kia” markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerində keçinib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən olunub ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş.

Məlumata görə, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26