BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Azərbaycanlı futbolçu dəhşətli qəzada öldü – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mayın 8-də Ucar rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən gənc oğlanla bağlı bəzi məqamlar üzə çıxıb.

İstixeber.info xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisində “QAZ-66” markalı kranla “Ford Transit” markalı yük maşınının toqquşması nəticəsində dünyasını dəyişən Maştağa qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Ceyhun Mikayıl oğlu Haşımov futbolçu olub. Həm də ticarətlə məşğul olan Ceyhun futbolçu kimi müxtəlif yarışlarda iştirak edib.

REKLAM

Bir müddət əvvəl Məşhəd ziyarətində olmuş 30 yaşlı Ceyhun Haşımov doğulduğu Maştağa qəsəbəsində dəvn edilib.

Qeyd edək ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağalar oğlu Talıbovun idarə etdiyi “QAZ-66” markalı avtomobil toqquşub. Nəticədə “Ford” markalı avtomobilin sərnişini, Sabunçu rayonu Maştağa qəsəbə sakini Ceyhun Haşımov hadisə yerində keçinib. \Publika.az
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26