BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Siyəzəndə 2 övlad atası gülləndi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qarın boşluğundan 2 güllə yarası alan mərhum hadisə yerində ölüb

Siyəzəndə namus üstündə qətl baş verib.

İstixeber.info İstiPress-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər 9 radələrində rayonun Qara Siyəzən kənd qəbristanlığında qeydə alınıb.

Siyəzən şəhəri, Babək küçəsi – 49 ünvanında yaşayan, 52 yaşlı Asim Qənimət oğlu Əbilov üzərində olan ov tüfəngilə Siyəzən şəhər sakini, Heydər Əliyev – 104 ünvanında yaşayan, 51 yaşlı Elşən Binnətəli oğlu Qədirliyə atəş açıb. Qarın boşluğundan 2 güllə yarası alan Elşən Qədirli hadisə yerindəcə ölüb.

Rayonun hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, qanlı olaya namus üstündə qısqanclıq səbəb olub.

Siyəzən polisi isti izlərlə qətldə şübhəli bilinən Asim Əbilovu yaxalayaraq istintaqa təhvil verib. Onun cinayətdə istifadə etdiyi ov tüfəngi də maddi sübut kimi götürülüb.

Siyəzən rayon prokurorluğunda CM-nin 120.1-qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb. Məlumat üçün bildirək ki, ölən və öldürən evlidir, hərəsinin 2 övladı var.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26