BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Siqaret və içkilər bu tarixdən bahalaşacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qida, içki və tütün məhsullarının satışı ilə məşğul olan firmalar mağazalara xəbərdarlıq edib ki, oktyabrın 1-dən məhsulların qiymətləri 10%-dən 40%-ə qədər bahalaşacaq.

İstixəbər.info-un Bakıda fəaliyyət göstərən mağazalardan əldə etdiyi məlumata görə, oktyabrın 1-dən etibarən qida, içki və tütün məhsullarının qiyməti bahalaşacaq. Mağaza sahibləri deyir ki, bu məlumatı onlara həmin məhsulların topdan satışı ilə məşğul olan firmalar öncədən xəbərdarlıq kimi deyib.

Əldə etdiyimiz məlumata görə, satışda olan bütün tütün məhsullarının qiymətləri deyilən tarixdən 15-20%. bahalaşacaq. Xəbərdarlıqda bildirilir ki, “Az-Granata”ya aid içki məhsullarının qiyməti də 30-40% artacaq.

Mağaza satıcıları deyirlər ki, bu qiymət artımı bəzi içki məhsullarına artıq indidən tətbiq olunmağa başlayıb. Belə ki, “Xan” brendi ilə satışda olan içki məhsulları mağazalara firmalar tərəfindən əvvəllər 6 manata satılırdısa, artıq bu gündən 9 manata satılır./kommersant.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26