BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şimal rayonları ağ örpəyə büründü.Soyuq havalar davam edəcək.Foto,Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info xəbər verir ki,Fevralın 18-i gündüzdən 19-u səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sinoptiklərin əvvəlcədən xəbər verdiyi kimi, fevralın 18-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, əsasən şimal və şərq rayonlarında yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşam saatlarından başlayan yağış fevralın 19-da sulu qara keçib, düşən yağıntının miqdarı 5 mm təşkil edib, bu da aylıq normanın 24 faizidir. Lənkəran-Astara zonasında yağıntının miqdarı 6 mm-dək, Mərkəzi-Aran rayonlarında 4 mm-dək, Böyük Qafqazda 11 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusar, Xınalıqda 7, Qırızda 6, Mərəzədə 3, İsmayıllıda 1 sm təşkil edib.

Fevralın 18-də şimal-qərb küləyinin sürəti bəzi rayonlarda arabir 22-30 m/s olub, Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu 6-10 dərəcə aşağı enib, minimal temperatur Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 2-5 dərəcə isti, dağlıq rayonlarda 0-5, yüksək dağlıq ərazilərdə 7-12, Naxçıvan MR-da 0-3 dərəcə şaxta təşkil edib.

Saat 11:19

Sinoptiklərin hava xəbərdarlıqlarından sonra  Azərbaycanın bəzi rayonları yenidən ağ örpəyə bürünüb. İstixəbər.info İstiPress-in istinad edərək xəbər verir ki, ən çox yağan regionlardan biri də Şimal bölgəsi olub.

Ərazi hidrometerologiya müəssisəsinin məlumatına görə, ən çox qar Xızının Altıağac kəndinə düşüb – 14 sm. Quba şəhərinə 10,  Xınalığa və Qrıza isə 7 sm qar yağıb.

Havanın temperaturu da əvvəlki günlərlə müqayisədə xeyli aşağı düşüb. Xınalıq və Qrızda ən çox şaxta qeydə alınıb – 11 dərəcə.

Qarlı -şaxtalı hava şəraiti fevralın 20-dək davam edəcək.

İstixeber.info .   Quba-Qusar 19.02.2019

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26