BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şimal qapılarından biri Şirvanlı yolu. Sürücülərlə birlikdə mədəniyyət axtaran qonaqlar və sakinlər – Foto+Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info xəbər verir ki, saytımıza daxil olan bir neçə müraciətə görə, yolumuzu Qusar rayonuna saldıq.

Məsələ nədir?

Məsələ Qusar rayon Şirvanlı kəndində yerləşən və Rusiyadan ölkəmizə və əks istiqamətdə hərəkət edən insanların daima istifadə etdiyi yolun bərbad vəziyyətdə olmasıdır. Ərazidə olduğumuz müddətdə onu müşahidə etdik ki, bu yoldan istifadə edən sürücülər çox çətinlik çəkirlər. Magistiral yoldan 1000 metr aralıda yerləşən Sərhəd keçid məntəqəsinə gedən yol tamailə unudulub.

Qeyd edək ki, Xudat şəhərindən Yalama kəndinə və yaxın kəndlərə kimi yeni yol çəkilib əhalinin istifadəsinə verilib. Ölkə Prezidenti  İlham Əliyev cənablarıda həmin yolun açılışında şəxsən iştirak etmişdi. Şimal rayonlarında olan Keçid məntəqələrində yolların vəziyyəti ümümilikdə qənaətəbəxşdir. Sadəcə Qusar rayonu Şirvanlı keçid yolunu bu siyahıya aid etmək olmaz.

Məsələ ilə bağlı Qusar rayonu Şirvanlı kənd bələdiyyəsinin sədri Ziya Mərdanovla əlaqə saxladıq. Ziya bəy qeyd etdi ki, həmin yolun təmir olunması üçün müraciət etmişik. Düzünü desəm yolun tam təmir olunması üçün büdcəmizdə olan maliyə vəsaiti bunu etməyə imkan vermir. Amma yaxın iki gün ərzində yolda olan dərin çuxurlar bizim tərəfimizdən təmir olunacaq. Problem olan yolun təmiri ilə bağlı məsələni bir azda dəqiqləşdirmək üçün DGK-nin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxladıq. Natiq bəy həmin yolun təmiri üçün lazımı qrumlara məlumat verdiklərini dedi.

Azəryol servis ASC-mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə saytımıza bildirdi ki, dediyiniz yolların vəziyyətindən xəbərimiz var. Amma həmin yolun təmir olunması bu il üçün nəzərdə tutulmayıb. Yəqin ki, gələcək illərdə vəsait ayrılsa bu yol tam təmir olunub sakinlərin istifadəsinə veriləcək..

Bizdə həmin yoldan istifadə edən sürücülərə, kənd sakinlərinə, ölkəmizə gəlib-gedən turistlərimizə bir ildə səbirli olmağı arzu edirik.

İstixəbər.info Qusar 07.02.2019
Rəşad Orucoğlu Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26