BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sevib, sevilmək barədə


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Həddi aşıb şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil.
Bu barədə Uca Allah buyurur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum, 21).
Sizin halda isə bundan qaçmaq yaxşıdır. Evlənmək niyyəti ilə olmayan sevgi, sevənlər bir-birinə qovuşmadığı üçün sonradan iztiraba və qəlb xəstəliyinə çevrilə bilər.

İstixeber.info zikr.az-a istinadən bildirir ki, ona görə sevməmişdən öncə düşünüb götür-qoy etməyiniz və böyüklərlə danışmağınız məsləhət görülür. Haram sevgi isə şeytanın insana vəsvəsə etdiyi sevgi xülyalarıdır. Bu cür sevgi insanı zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə “azad sevgi” adı altında təbliğ edilən sevgi budur. Bu fikirləri bizim İslam adət-ənənəsi ilə tərbiyə olunan cəmiyyətə yeritmək istəyənlər özləri bədbəxt olduqları kimi bizi də rəzilliyə sürükləmək istəyirlər.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26