BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sevdiyi qızın 3 min manatını oğurladı…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Abşeronda oğurluq hadisəsi baş verib.

İstixəbər.info-un məlumatına görə Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəcməddin Əlizadə saxlanılıb.

İstintaqa ifadə verən Nəcməddin Əlizadə törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, oğurluq etdiyi ev sahibi onun sevdiyi qızın ailəsi olub.

Əlizadə bildirib ki, sevdiyi qızla görüşə gəlib və bu zaman qızla mübahisə edib. Sonar o, evdən pulu götürərək gedib.

Faktla bağlı cinayət işi başlanıb.

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26